Türkiyədə ev alan əcnəbilərə vətəndaşlıq veriləcək
Dünya
13:12 / 12.01.2017
1186
Türkiyədə əcnəbilərin vətəndaşlıq alması üçün qanuna dəyişiklik edilir.
AzVision.az xəbər verir ki, rəsmi qəzetinin yaydığı məlumata əsasən Türkiyədə ən azı 1 milyon dollarlıq daşınmaz əmlak alan və onu 3 il satmayan, 2 milyon dollarlıq sərmayə qoyan, 3 milyon dollarlıq bank hesabı açan və ona 3 il müddətində toxunmayan əcnəbilərə vətəndaşlıq veriləcək.
Həmçinin ən azı 100 nəfəri işlə təmin edən əcnəbilər də vətəndaşlıq ala biləcəklər.