Ucqar kəndə naməlum kosmik obyekt düşdü


Ucqar kəndə naməlum kosmik obyekt düşdü

Həftənin əvvəlində Keniyada kəndlərdən birinə qırmızı rəngli qaynar cisim düşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 

Ucqar kəndə düşən obyekt Keniya Milli Kosmik Agentliyi tərəfindən araşdırılıb.

 

Kosmik Agentliyin məlumatına görə, naməlum obyektin kosmik obyektin bir parçası olduğu müəyyən edilib. 

 

Makueni əyalətinin cənubundakı ucqar Mukuku kəndinə düşən obyektin eni  2,5 metr, çəkisi isə 500 kiloqramdır. İlkin araşdırmalar onun kosmik raketdən ayrılan halqa olduğunu göstərir.

 

Agentlik qeyd edir ki, kosmik tullantılar daha çox okeana düşür və ya yer atmosferinə girməzdən əvvəl isə yanır.

 

Cisim Agentlik tərəfindən daha ətraflı təhlil olunur və onun haradan gəldiyi araşdırılır./modern.az


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...