179 nəfərin öldüyü qəza ilə bağlı aeroportda axtarış aparıldı

179 nəfərin öldüyü qəza ilə bağlı aeroportda axtarış aparıldı

Cənubi Koreyanın Çolla-Namdo vilayətinin polisi dekabrın 29-da sərnişin təyyarəsinin qəzaya uğradığı Muan hava limanında axtarış aparıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı “Yonhap” agentliyi yayıb. 

 

Bildirilib ki, “Jeju Air” aviaşirkətinə məxsus sözügedən təyyarənin qəzaya uğramasından sonra səhlənkarlığın insan tələfatına səbəb olması şübhəsi ilə cinayət işi başladılıb. 

 

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları dispetçerlərlə təyyarənin pilotları arasında baş tutan söhbətin sənədlərini və buna dair materialları axtarır. 

 

Bununla yanaşı, polis “Jeju Air”in baş direktoru Kim İ Benin ölkədən çıxışına qadağa qoyub. 

 

Xatırladaq ki, dekabrın 29-da Cənubi Koreyada Muan hava limanında Banqkokdan gələn sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb. Qəza nəticəsində təyyarədə olan ümumi 181 nəfərdən 179-u həlak olub.


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...