Miqrasiya sahəsində YENİ QAYDALAR: Yeni qərar Rusiya iqtisadiyyatına necə təsir edəcək?

Miqrasiya sahəsində YENİ QAYDALAR: Yeni qərar Rusiya iqtisadiyyatına necə təsir edəcək?

“Krokus terroru”, eləcə də rus general İqor Kirillovun ölümündən sonra Rusiyada miqrantlara təzyiqlər artıb. Yeni ilin ilk günü, yəni yanvarın 1-dən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib. Belə ki, bu tarixdən etibarən Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti qalma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Bundan başqa, rus dilini bilmək öhdəliyi tətbiq ediləcək. Hətta bu dili bilməyən uşaqların orada məktəbə getməsi qadağan olunub.

 

Maraqlıdır, bu qərarın Rusiya iqtisadiyyatına təsiri necə olacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Rusiyanın miqrantlara qarşı qaydaları sərtləşdirməsi ən böyük zərbəni elə Rusiyanın özünə vuracaq:

 

"Əvvəla ona görə ki, onsuz da artıq Rusiyada ciddi demoqrafik problemlər mövcuddur. Əhalinin azalması və yaşlanması qarşısı alınmaz hala gəlib. Yeni qaydalar miqrant axınını azaldaraq bu problemləri daha da dərinləşdirəcək. Digər tərəfdən, Rusiyada ciddi işçi qüvvəsinin çatışmazlığı mövcuddur. Bu qərar tikinti, kənd təsərrüfatı və sənayedə daha da cətin vəziyyət yaradacaq. Çünki bu sektorlarda işçi qüvvəsi çatışmazlığı artacaq. Bu isə ümumi iqtisadi artım tempini belə ləngidə bilər".

 

Ekspert qeyd edib ki, illeqal fəaliyyət zərurətə çevrildiyi üçün qeyri-rəsmi fəaliyyət artacaq və bu da vergidən yayınma hallarını artıraraq dövlət büdcəsinə mənfi təsir göstərəcək:

 

"Düzdür, bu böyük rəqəm olmasa da, heç bir dövlətin xoşlamadığı qarabazar sisteminin çiçəklənməsi üçün münbit mühit yaradacaq. Digər bir mənfi təsir kimi, miqrantlara qarşı sərt qaydaların Rusiyanın imicini daha da zədələcəyini göstərə bilərik. Həmçinin miqrant ölkələrlə, ələxsus da miqrantların əsas mənbəyi olan Orta Asiya ölkələri ilə əməkdaşlığa mənfi təsir göstərəcək. Buna görə də Rusiya miqrantlarla bağlı qaydaları sərtləşdirmək əvəzinə, onların iqtisadi inteqrasiyasını asanlaşdıran mexanizmlər yaratmaqla demoqrafik göstəricilərini, işçi qüvvəsi çatışmazlığını, şəffaflığı, miqrant ölkələrlə münasinətlərini və ən nəhayət siyasi imicini yaxşılaşdıra bilərdi. Amma əksini etdi".

 

Firuzə Əliyeva

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...