Zelenski azərbaycanlı gəncə yüksək vəzifə verdi - FOTO

Zelenski azərbaycanlı gəncə yüksək vəzifə verdi - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev hərbi administrasiyasına iki ildir rəhbərlik edən Sergey Popkonu işdən çıxarıb.

 

Sfera.az xəbər verir ki, o, digər sərəncamla Popkonun yerinə Timur Tkaçenkonu təyin edib.

 

Qeyd edək ki, Tkaçenko əslən azərbaycanlıdır. O, 18 avqust 1989-cu ildə Kiyevdə anadan olub. 2013-cü ildə Kiyev Milli Universitetini bitirib, beynəlxalq iqtisadiyyat ixtisasına yiyələnib və iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Daha sonra hüquqşünaslıq oxuyub.

 

O, strateji sənaye nazirinin keçmiş müavini, 2024-cü ilin sentyabr ayından icmaların və ərazilərin inkişafı nazirinin müavini vəzifəsində çalışıb.

 

Nazir müavini təyin olunmazdan əvvəl Tkaçenko Kiyev şəhər administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. O, müxtəlif dövrlərdə piyadalar üçün yeraltı keçidlərin saxlanmasından tutmuş çimərliklərin inkişafına qədər müxtəlif sahələrə cavabdeh olub.

 

34 yaşlı azərbaycanlı gənc yaşlarından Ukraynanın dövlət qurumlarında təcrübə toplayıb. 

 

Qeyd edək ki, əslən Şəmkir rayonundan olan Teymur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə mərhum nümayəndəsi Firudin Məmmədovun oğludur. Ukraynadakı Azərbaycan diasporunun tanınmış simalarından olan Firudin Məmmədov ötən il vəfat edib


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...