Almaniya Ukraynaya nə qədər silah verib? – Son üç ilin statistikası

Almaniya Ukraynaya nə qədər silah verib? – Son üç ilin statistikası

 Rusiya-Ukrayna müharibəsi başlayandan bəri, yəni 2022-ci ilin fevralından indiyə qədər Almaniya Ukraynaya çoxlu sayda silah və hərbi təyinatlı texnika verib.

 

Sfera.az xəbər verir ki, “Defence Express” nəşri təxminən 3 il ərzində Almaniyanın Ukraynaya verdiyi silahların siyahısını dərc edib.

 

Araşdırmaya görə, Almaniya Ukraynaya döyüş sursatı və komponentləri ilə birlikdə 18 ədəd “Leopard” 2A6 tankı, 103 ədəd “Leopard” 1A5 tankı, 140 ədəd “Marder” piyadaların döyüş maşını və onun ehtiyat hissələrini, 66 ədəd adı açıqlanmayan zirehli personal daşıyıcısı, 54 ədəd M113, 78 ədəd tırtıllı BV 206 nəqliyyat vasitəsi, 153 ədəd digər zirehli texnika və 277 ədəd hərbi avtomobil verib. Ukrayna Almaniydan çoxlu sayda artilleriya vasitəsi də alıb.

 

Komponentlərlə birlikdə 25 ədəd PzH 2000 özüyeriyən silah sistemi, 7 ədəd M109 özüyeriyən artilleriya vasitəsi, 2 ədəd “Zuzana” özüyeriyən silah, 3 ədəd M142 HIMARS raket sistemi, 5 ədəd MARS II raket sistemi, 358 min ədəd 155 mm-lik sursat, 15 min ədəd 120 mm minaatan Ukraynaya çatdırılıb.
 

Almaniya son 3 il ərzində mühəndis texniki vasitələri də verib. Bu dövrdə 22 ədəd ARV, 27 ədəd BIBER körpüqurucu, 57 ədəd “WISENT 1” minatəmizləmə maşını, 12 ədəd mühəndislik tankı olan “Dachs”, eləcədə 20 min ədəd tank əleyhinə mina ayrılıb. Ukrayna Almaniyanadan çoxlu sayda hava hücumundan müdafiə sistemləri də əldə edib. Araşdırmaya əsasən, 57 ədəd “Gepard” özüyeriyən zenit silahı və onlar üçün 241 min ədəd mərmi, həmçinin 4 min təlim mərmisi, 6 ədəd IRIS-T SLM orta mənzilli hava hücumundan müdafiə sistemi, 5 ədəd qısa mənzilli hava hücumundan müdafiə sistemi IRIS-T SLS, 3 ədəd “Patriot” batareyası və bu kompleksin dörd buraxılış qurğusu, həmçinin onlar üçün raketlər, 16 ədəd TRML-4D radarı, 500 ədəd “Stinger”, çoxlu sayda “Patriot” sisteminə aid raketlər, “Strela”, həmçinin AIM-9L, “Sea Sparrow” üçün açıqlanmayan sayda raketlər, 12 pilotsuz uçuş əleyhinə Kinetik Müdafiə Vasitələri, 15 ədəd “Caracal” drona qarşı vasitə verilib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...