Daha iki ölkə Şengenə qoşulub - Avropa İttifaqına vizasız gedəcəklər

Daha iki ölkə Şengenə qoşulub - Avropa İttifaqına vizasız gedəcəklər

Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız səyahət imkanı verən Şengen zonasına daha iki ölkə qoşulub.

 

Sfera.az xatırladır ki, Aİ Şurası 12 dekabr 2024-cü ildə qəbul etdiyi qərarla yanvarın 1-dən Bolqarıstan və Rumıniyanı Şengen zonasına qəbul edib.

 

İki ölkənin azad səyahət zonasına daxil olması üçün kompromisin əldə edilməsi tələb olunurdu. Amma uzun müddət Hollandiya, Macarıstan və xüsusilə də Avstriyanın etirazları səbəbiylə Bolqarıstan və Rumıniyanın üzvlüyü təxirə salınmışdı.

 

31 mart 2024-cü ildə dəniz və hava yolları ilə Şengen bölgəsinə qoşulan Bolqarıstan və Rumıniya quru sərhədləri üçün bu günə qədər gözləməli olub. Avstriyanın ölkələrdə artan immiqrasiya və korrupsiya səbəbiylə istifadə etdiyi veto Aİ daxilində gərgin diplomatik səylərdən sonra qaldırılıb. Rumıniya və Bolqarıstan 2007-ci ildə Aİ-yə üzv olublar. Aİ Komissiyası 2011-ci ildə hər iki ölkənin Şengen zonasına daxil edilməsini təsdiqləyib.

 

Bununla belə, üzv dövlətlər arasında təhlükəsizlik və immiqrasiya ilə bağlı davam edən narahatlıqlar bu prosesi xeyli ləngitdi. Şengen zonasına hazırda 23 Aİ-yə üzv dövlət, üstəlik Lixtenşteyn, İslandiya, Norveç və İsveçrə daxildir. Bolqarıstan və Rumıniyanın da qoşulması ilə bölgədəki ölkələrin sayı 29-a çatıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...