Netanyahu qanun layihəsinə görə xəstəxananı tərk etdi

Netanyahu qanun layihəsinə görə xəstəxananı tərk etdi

İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyatdan sonra son bir neçə gündə olduğu xəstəxananı tərk edib.

 

Sfera.az bildirir ki, “Jerusalem Post”un yazdığına görə, ölkə başçısının vergi qanun layihəsinə səsvermə üçün xəstəxanadan birbaşa parlamentə getməsi diqqət çəkir.

 

Qəzet yazıb: “Baş nazir Benyamin Netanyahu xəstəxananı tərk edərək təsdiqi təhlükə altında olan vergi qanun layihəsinə dair səsvermədə iştirak etmək üçün Qüds Knessetinə getdi”.

 

Qeyd olunur ki, Netanyahu xəstəxanada qalmağı və sağalmasını davam etdirməyi məsləhət görən həkimlərin məsləhətinə qarşı çıxıb. Netanyahu dekabrın 29-da prostatektomiya əməliyyatı keçirib, ona prostatın xoşxassəli böyüməsi diaqnozu qoyulub.

 

Ötən çərşənbə günü Netanyahu Qüdsün Hadassa xəstəxanasında müayinə olunub və burada həkimlər prostatın xoşxassəli böyüməsi nəticəsində sidik yollarının infeksiyası diaqnozu qoyublar. 75 yaşlı İsrail baş naziri mart ayında yırtıqdan əməliyyat olunub və keçən il ürək stimulyatoru taxtdırması İsrail baş nazirinin səhhətinin vəziyyəti və detalların ictimaiyyətdən gizlədilməsi ilə bağlı fərziyyələrə səbəb olub.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...