Bu hər iki ölkənin maraqlarına xidmət edir

Bu hər iki ölkənin maraqlarına xidmət edir

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrikində ölkəsinin Azərbaycanla əlaqələrə böyük dəyər verdiyini deyib. Bundan başqa ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” hesabındakı ilin son paylaşımı da keçmiş paylaşımdan fərqli olaraq müsbət tonlar üzərində yazılıb. 

 

Maraqlıdır, ABŞ bu paylaşımlarla hansı mesajı vermək istəyir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, bu paylaşımdan belə çıxır ki, ABŞ ilə Azərbaycan arasında 2024-cü ildəki əməkdaşlıq sadəcə təhlükəsizlik sahəsini əhatə edib:

 

“ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığının davam etməsinə sadiqdir” cümləsiylə başlanan paylaşımda əməkdaşlığın iki istiqaməti göstərilib. Birincisi, paylaşımda Azərbaycan Silahlı Qüvvələrinin bir neçə üzvünün ABŞ-nin yüksək hərbi institutlarını bitirməsi qeyd edilib. İkincisi, ABŞ-nin Azərbaycanın NATO-nun təhlükəsizliyini daha da gücləndirəcək çoxmillətli təlimlərdə gələcək iştirakının planlaşdırılmasını dəstəyi vurğulanıb. 

 

Halbuki, keçmiş illərdə əməkdaşlığın ən azı 4 istiqaməti mövcud idi. Bunu amerikalı rəsmilər və diplomatlar dönə-dönə vurğulayırdılar. Bu təhlükəsizliklə yanaşı, enerji, iqtisadiyyat və insan haqları mövzuları idi. Rəsmi Bakı Donald Trampın prezidentliyi dönəmində münasibətlərin müsbətə doğru dəyişəcəyinə ümidlidir. ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri hər iki ölkənin maraqlarına xidmət edir".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...