Qəzada yaralanan xanımını günlər sonra gördü - Göz yaşları sel oldu + VİDEO

Qəzada yaralanan xanımını günlər sonra gördü - Göz yaşları sel oldu + VİDEO

Aktau yaxınlığında təyyarə qəzasından sonra həyat yoldaşı Müslümat Siracova ilə əlaqə saxlaya bilmədiyini deyən Nurullah Siracov bu gün ona qovuşub. 

 

Sfera.az xəbər verir ki, bu barədə Yeni Klinikanın mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında paylaşım edib. 

 

Görüntülərdən aydın olur ki, N. Siracov xəstəxana rəhbərliyinin müşayiəti ilə ötən gün klinikaya gətirilən həyat yoldaşına baş çəkir. Otağın qapısından onu izləyən N. Siracov göz yaşlarını saxlaya bilmir. 

 

Qeyd edək ki, əslən Zaqatala rayonunun Danaçı kəndindən olan ər-arvad Siracovlar dekabrın 25-də Bakıdan Qroznıya uçan və Aktau yaxınlığında qəza enişi edən təyyarədə olublar. N. Siracovun xəstəxanadan çəkilmiş videosunda həyat yoldaşının qəza anında yanında oturduğunu, lakin ayılandan sonra onu görmədiyini, həyat yoldaşı üçün darıxdığını bildirmişdi. 

 

Əvvəlcə M. Siracovanın qəzada həlak olduğu bildirilsə də, sonradan onun adı sağ qalanların siyahısında açıqlandı. Bir müddət Qazaxıstanda müalicə alan M. Siracova ötən gün həyat yoldaşının müalicə olunduğu Yeni Klinikaya təxliyə olunub. 

 

N. Siracovun həyat yoldaşına qovuşmasını əks etdirən görüntüləri təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...