Bətnində "İrlandiya üçəmləri" daşıdığını iddia edir: Bu nə deməkdir?

Bətnində "İrlandiya üçəmləri" daşıdığını iddia edir: Bu nə deməkdir?

Əslən Rod-Aylenddən (ABŞ) olan 31 yaşlı Eşli Si (Ashley See) 12 ay ərzində 3 uşaq anası olacağını etiraf edərək sosial şəbəkə istifadəçilərini heyrətə salıb. Qadın bu barədə İnstaqramda danışıb.

 

Sfera.az bildirir ki, gənc qadın 2024-cü ilin fevralında vaxtından əvvəl əkiz uşaq dünyaya gətirib, indi onun kiçik övladları qardaş və ya bacı gözləyir.


Amerikalı qadın etiraf edir ki, onun videosu hamiləlik elanlarının populyar tendensiyasına yüngül cavab kimi nəzərdə tutulub.

 

2024-cü ilin fevral ayında ana əkizlərini vaxtından əvvəl dünyaya gətirib və indi onun kiçik övladları qardaş və ya bacının gəlişini gözləyir. Bu o deməkdir ki, Sinin 12 ay ərzində "İrlandiya üçəmləri" adlanan üç övladı dünyaya gələcək.

 

Üçüncü övladının dünyaya gəlməsi Eşli üçün sürpriz olub. Müsbət hamiləlik testini görən kimi narahat olub və qorxub.

 

Bu video İnstaqramda 8,5 milyon baxış və 104 min bəyənmə toplayıb. Yüzlərlə istifadəçi təəccüblərini ifadə etsə də, hamı "İrlandiya üçəmlərinin" nə olduğunu tam başa düşməyib.

 

"Mən sizi başa düşürəm, 2018-ci ildən 2022-ci ilə qədər hamilə idim, üç uşaq arxa-arxaya"- müzakirə iştirakçılarından biri etiraf edib.


Digəri isə yazıb: "Doğuşdan 6 ay sonra hamilə qaldım. Sizi çox gözəl anlayıram".

 

Aynil

 

 


OXŞAR XƏBƏRLƏR

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...