“Şərəf” ordeni verilən Röya Tağıyeva kimdir? - FOTO

“Şərəf” ordeni verilən Röya Tağıyeva kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Röya Seyfəddin qızı Tağıyeva “Şərəf” ordeni ilə təltif edilib.

 

Sfera.az “Şərəf” və “Şöhrət” ordenli Röya Tağıyevanın dosyesini təqdim edir.


Röya Tağıyeva 1 yanvar 1945-ci ildə Bakı şəhərində anadan olub. 1961–1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1982-ci ildə sənətşünaslıq elmləri namizədi, 2003-cü ildə isə elmlər doktoru alimlik dərəcəsi alıb. 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 2010-cu ildən "Azərbaycan xalçaçıları" İctimai Birliyinin sədri və 2016-cı ildən "NUR Art House" qalereyasının direktorudur. 26 yanvar 2015-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.

 

Rejissor, Əməkdar İncəsənət işçisi Nurəddin Tağıyevin həyat yoldaşıdır. Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun bacısıdır.
 


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...