2024-cü ildə milyarderlərin sayı və sərvəti rekord həddə çatıb – Rəqəmlər

2024-cü ildə milyarderlərin sayı və sərvəti rekord həddə çatıb – Rəqəmlər

2024-cü ildə milyarderlərin sayı və sərvəti ilə bağlı rekord göstəricilər qeydə alınıb.

 

Sfera.az “Forbes”in məlumatlarına istinadən xəbər verir ki, bu il milyarderlərin sayı 2781 nəfərə, onların sərvətlərinin dəyəri isə 14,2 trilyon dollara çatıb.

 

İndiyə qədər milyarderlərin sayı və sərvəti ilə bağlı rekord göstərici 2021-ci ildə qeydə alınmışdı.

 

Həmin ildə onların sayı 2755 nəfər, sərvətlərinin dəyəri 13,1 trilyon dollar idi. 2024-cü ildə ən varlı 20 milyarder sərvətlərini 700 milyard dollar artıra biliblər.

 

Ən çox milyarder ABŞ-dədir. Bu ölkədə 813 milyarder var. Amerikalı milyarderlərin sərvətlərinin dəyəri 5,7 trilyon dollardır. Çin siyahıda ikincidir.

 

Çində 473 milyarder var və onlar 1,7 trilyon dollara sahibdirlər. İlk üçlüyü 200 milyarderi olan Hindistan tamamlayır.

 

Hindli milyarderlərin ümumi sərvəti 800 milyard dollardan çoxdur. Dünyanın ən varlı adamı İlon Maskdır. Maskın 429 milyard dollar dəyərində varidatı var.

 

İkinci yerdə olan Cef Bezos 235 milyard dollar, üçüncü sırada olan Larri Ellison 211 milyard dollar, dördüncü yerdə qərarlaşan Mark Zukerberq 204 milyard dollar, beşinci olan Bernard Arnault isə 168 milyard dollar sərvətə sahibdir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...