Məhkəmə Cənubi Koreya prezidentinin həbsinə qərar verib

Məhkəmə Cənubi Koreya prezidentinin həbsinə qərar verib

 Dekabrın 3-də Cənubi Koreyada hərbi vəziyyətin elan edilməsi ilə bağlı aparılan istintaqın nəticəsində Prezident Yoon Suk Yeolun həbsinə qərar verilib.

 

Sfera.az “Yonhap”ın məlumatına istinadən xəbər verir ki, Seul Qərb Bölgəsi Məhkəməsi Korrupsiya İstintaq İdarəsi (CIO), Təhlükəsizlik Baş İdarəsi və Müdafiə Nazirliyinin birgə araşdırması çərçivəsində yüksək vəzifəli məmurların həbs tələbini qəbul edib.

 

Məhkəmə “iğtişaş” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə aparılan istintaq zamanı Yoon barəsində həbs qərarı çıxarıb. Məhkəmə müstəntiqlərin prezident iqamətgahında axtarış aparılması ilə bağlı vəsatətini də təmin edib. Müstəntiqlərə əmrləri yerinə yetirmək üçün bir həftə vaxt verilib.

 

İstintaqı aparan orqanlar dekabrın 18, 25 və 29-da prezidenti üç dəfə dindirməyə çağırıb, lakin Yoonun zənglərə cavab vermədiyini bildirib və dünən məhkəmədən onun həbs olunmasını istəyib. Cənubi Koreya tarixində ilk dəfə olaraq vəzifədə olan dövlət başçısının həbsinə order verilib.

 

Cənubi Koreyanın Prezidenti Yoon Suk Yeol dekabrın 3-nə keçən gecə televiziyada çıxışı zamanı “müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan etmişdi. Yoon müxalifəti hökumətin fəaliyyətinə mane olmaqda günahlandırdı.

 

Prezidentin bu addımına cavab olaraq parlament fövqəladə iclas keçirərək hərbi vəziyyət qərarını 190 deputatın səsi ilə ləğv etdi. Bundan sonra Yoon Nazirlər Şurasını toplayıb və kabinetin təsdiqindən sonra hərbi vəziyyətə son qoyduğunu açıqlayıb.

 

Dekabrın 14-də parlamentdə müxalifət partiyaları hərbi vəziyyətin elan edilməsinin konstitusiyaya zidd olduğunu əsas gətirərək Yoonun prezident səlahiyyətlərinin məhdudlaşdırılması məsələsini səsverməyə çıxartdı. Keçirilən səsvermədə parlament böyük səs çoxluğu ilə Yoonun səlahiyyətlərini məhdudlaşdırdı. Hazırda prezidentin səlahiyyətlərini baş nazirin müavini və maliyyə naziri Çoi Sanq-mok icra edir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...