"Putin bu təbriklə həm onları "diriltmək" istəyir, həm də Azərbaycana..." - AÇIQLAMA

"Putin bu təbriklə həm onları "diriltmək" istəyir, həm də Azərbaycana..." - AÇIQLAMA

Bu gün Rusiya Prezidenti Vladimir Putin Ermənistandan olan keçmiş həmkarları Robert Köçəryan və Serj Sarkisyanı da təbrik edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Putinin bu addımı adıçəkilən şəxslərin siyasi aktivliyinin bərpa edilməsinə hesablanıb:


“Hər iki eks-prezident Rusiyanın geosiyasi maraqlarını Ermənistanda inkişaf etdirib və Kremlə sadiq şəxslərdir. Nə Köçaryan, nə də Sarkisyan Rusiya prezidentindən bu təbriki gözləyirdi. Ümumiyyətlə isə, Rusiyanın hərbi kəşfiyyatının agentləri olan hər iki eks-prezidentin yenidən siyasi aktivliyi mümkün görünmür”.


Ekspert bildirdi ki, Ermənistan cəmiyyəti Rusiyanın bu iki şəxsə dəstək verməsinə görə, Nikol Paşinyana daha da etimad edəcəklər:

 

“Deməli, bu təbrik Paşinyanın “əlinə oynayır”. Hər iki eks-prezident Azərbaycana qarşı müharibəni aparıb. Görünür, Putin bununla Azərbaycana da mesaj verir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...