Ruslar AZAL-ın təyyarəsini vuran “Pantsir-S”i Qroznıdan belə çıxardı - FOTO

Ruslar AZAL-ın təyyarəsini vuran “Pantsir-S”i Qroznıdan belə çıxardı - FOTO

Ruslar Çeçenistan ərazisində olan və AZAL-a məxsus təyyarəni vuran "Pantsir-S" HHM sistemini Qroznıdan çıxarıblar.

 

Sfera.az bildirir ki, bu barədə məlumatı tarixçi alim Zaur Əliyev paylaşıb.

 

"Pantsir-S" sisteminin çıxarıldığını əks etdirən fotonu da yayan alim bunun izi itirmək üçün edilə biləcəyini də vurğulayıb.

 

"Pantsir-S" sistemi Qroznıya Ukrayna PUA-larının "Əhməd" xüsusi təyinatlılarının bazasına zərbə endirildikdən sonra gətirilmişdi.

 

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənovun müşavirinə ordu generalı rütbəsi verildi

Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı, Azərbaycan müdafiə nazirinin (Zakir Həsənov) müşaviri Bəxtiyar Ərsaya ordu generalı hərbi rütbəsi verilib. ...

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam i...

İqtisad universitetinin təmirinə 10 milyon xərclənəcək

Azərbaycan Dövlət İqtisad Universiteti 9,7 milyon manata təmir ediləcək.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, təmir işlərini "Koneks ...

Azərbaycanda bu qaydaları pozan QHT-lər cərimələnəcək

Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair yeni cərimələ...

İtlər sizi bu xəstəlikdən xilas edə bilər - Yeni TƏDQİQAT

Amerikalı alimlər sübut ediblər ki, itlər insanlara yalnız sakitləşməkdə deyil, həm də orqanizmin stressə sağlam reaksiya verməsində mühüm rol oynayır.  ...

Türkiyə ordusuna yeni Baş qərargah rəisi təyin olunub - FOTO

Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat ...