Cənubi Koreya prezidentinin həbsi TƏLƏB OLUNUR

Cənubi Koreya prezidentinin həbsi TƏLƏB OLUNUR

Cənubi Koreyada hərbi vəziyyətlə bağlı istintaqda prezident Yoon Suk Yeolun həbsi tələb edilib.

 

Sfera.az bildirir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

 

Belə ki, agentliyin xəbərinə görə, Korrupsiya İstintaq İdarəsi (CIO), Təhlükəsizlik Baş İdarəsi və Müdafiə Nazirliyinin bir sıra məmurları prezidentin həbsi üçün Seul Qərb Dairə Məhkəməsinə müraciət ediblər. Bildirilib ki, Yoon Suk Yeol “iğtişaş” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” şübhələri ilə aparılan istintaq zamanı 3 dəfə ifadə verməyə çağırılıb, lakin o, zənglərə cavab verməyib. Buna görə də həbsi ilə bağlı qərar qəbul edilib.

 

Prezidentin vəkillərindən olan Yun Gap-geun, CIO-nun “iğtişaş” şübhəsi ilə araşdırma aparmaq səlahiyyətinin olmadığını müdafiə edib və sorğuya cavab olaraq qanuni addım atacaqlarını bildirib. 

 

Qeyd edək ki, Cənubi Koreya tarixində ilk dəfə olaraq vəzifədə olan prezident üçün həbs tələbi irəli sürülür.

 

Günay
 


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...