Naxçıvandan Bakıya uçan təyyarə gecikir -SƏBƏB

Naxçıvandan Bakıya uçan təyyarə gecikir -SƏBƏB

Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərinin uçuşu Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.

 

Sfera.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

 

"Gecikən reyslərin sərnişinlərinə aviaşirkətin çağrı mərkəzi tərəfindən məlumat verilir.

 

Sözügedən reyslər Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək.

 

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri lazımi vasitələrlə təmin olunacaqlar.

 

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər", - məlumatda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Sabah hava necə olacaq?

İyulun 15-də gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarıma...

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.   Sfera.az xəbər verir ki, sessiyaya parlamentin bu gün keçirilən iclası ilə yekun vurulub. &nb...

"Attestatında “əla” qiymətləri olan minlərlə abituriyent aşağı bal yığıb"

“Attestatında “əla” qiymətləri olan minlərlə abituriyent qəbul imtahanından 40 baldan aşağı nəticə əldə edib”.   Sfera.az xəb...

“Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinə start verilir

Azərbaycan Könüllülər İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl yoll...

Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ - Partlayış olacaq

Pirəkəşküldə 14-18 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.   Bu barədə Sfera.az-a Müdafiə Nazirl...

"Rus və Azərbaycan bölmələri üzrə eyni sayda plan yeri ayrılıb" - Məleykə Abbaszadə

“Rus və Azərbaycan bölmələri üzrə dövlət sifarişi ilə ayrılan yerlərin sayı eyni səviyyədədir”.   Sfera.az xəbər verir ki, bunu Dövlət İm...