Alman mediası Əliyevin bu çıxışından yazır


Alman mediası Əliyevin bu çıxışından yazır

Almaniyanın bir sıra aparıcı media qurumları Prezident İlham Əliyevin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı fikirlərini geniş işıqlandırıb.

 

Sfera.az xəbər verir ki, “Bild”, “Şpigel”, “Zeit”, “Tagesşpigel” qəzetlərində, “Döç Velle”, “Velt”, “Tagesşau” televiziyalarında yayımlanan xəbərlərdə dövlətimizin başçısının sərnişin təyyarəsinin Rusiya ərazisində olarkən radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığını, yerdən açılan atəş nəticəsində quyruq hissəsinin böyük dərəcədə zədələndiyini qeyd etdiyi bildirilib. Eləcə də Prezident İlham Əliyevin hadisənin baş verməsindən sonrakı üç gün ərzində qəzanın səbəbləri ilə bağlı Rusiya tərəfindən cəfəng fikirlərin səsləndirilməsi və bununla da hadisənin əsl səbəbinin ört-basdır edilməsinə cəhd göstərilməsi barədə açıqlamaları xüsusi vurğulanıb.

 

Xəbərlərdə dövlətimizin başçısının “Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”, - fikri sitat gətirlib.

 

Mediada yer alan informasiyalarda Azərbaycan Prezidentinin təyyarənin Rusiya tərəfindən qəsdən vurulduğunu güman etmədiyi, lakin Rusiyadan öz günahını etiraf etməyi, təqsirkarları cəzalandırmağı və təzminat ödəməyi tələb etdiyi diqqətə çatdırılıb.

 

Qeyd edək ki, xəbərlərdə dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı təyyarə qəzası ilə bağlı üzrxahlığını ifadə etdiyi xatırlanıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu qaydaları pozan QHT-lər cərimələnəcək

Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair yeni cərimələ...

İtlər sizi bu xəstəlikdən xilas edə bilər - Yeni TƏDQİQAT

Amerikalı alimlər sübut ediblər ki, itlər insanlara yalnız sakitləşməkdə deyil, həm də orqanizmin stressə sağlam reaksiya verməsində mühüm rol oynayır.  ...

Türkiyə ordusuna yeni Baş qərargah rəisi təyin olunub - FOTO

Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat ...

Cərimələrin 5 faizi onlara ayrılacaq - Prezident təsdiqlədi

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əla...

Hərbi prokurorun hərbi qulluqçularla görüşü keçirilib - FOTO

Azərbaycan Respublikasının Baş prokurorunun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı gener...

"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib

"Azərlotereya" ASC-nin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, ...