DTX-nin həbs etdiyi Martin Ryan kimdir? - FOTO

DTX-nin həbs etdiyi Martin Ryan kimdir? - FOTO

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda fransız müttəhimin şəxsi məlumatları dəqiqləşdirilib, anket məlumatları dinlənilib.

 

Fransa və Böyük Britaniya səfirliklərinin nümayəndələri də məhkəmə salonunda olublar.

 

“Merkorama” MMC-nin baş direktoru olmuş 36 yaşlı Martin Ryan bu iş üzrə Azərbaycan vətəndaşı Azad Məmmədli ilə birgə mühakimə edilir. Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyat qrupu tərəfindən həbs edilib. M.Ryan casusluqda, A.Məmmədli isə casusluq formasında dövlətə xəyanətdə təqsirləndirilir.

 

Xüsusilə ağır cinayətdə ittiham edilən hər iki müttəhim vəkillərinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olub, vəsatətləri araşdırılıb. M.Ryan tərcüməçi ilə də təmin edilib. 

 

Anket məlumatlarından görünür ki, M.Ryan Fransada Monpelye 3 Universitetini “beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət” ixtisası üzrə bitirib. 

Azərbaycanda sahibkarlıqla məşğul olan Martin Ryan Fransadan ölkəmizə şərab ixrac edirmiş. 

 

A.Məmmədli isə hüquqşünasdır. Bakalavr təhsilini Rusiyada - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq fakültəsində, magistr təhsilini isə Fransada alıb. 

 

O, bir neçə il Azərbaycan Beynəlxalq Bankında hüquqşünas işləyib. Sonradan isə Böyük Britaniyaya köçüb. Bakıya qayıtdıqdan iki ay sonra DTX əməliyyatçıları tərəfindən həbs edilib.

 

Müttəhim Azad Məmmədlinin vəkili müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib. 

 

Vəsatət əsaslı olmadığından təmin edilməyib.

 

Martin Ryanın vəkili isə məhkəmə baxışının açıq keçirilməsini xahiş edib. 

 

Fransız müttəhimin vəkili deyib ki, xarici ölkə səfirliklərinin nümayəndələri də prosesləri izləmək istəyir. Onların Azərbaycanda necə şəffaf məhkəmə keçirildiyini gözləri ilə görmələri daha yaxşı olar.

 

İlkin istintaq qanunun tələblərinə uyğun aparıldığından, tərəflərin də razılığı ilə iş məhkəmə baxışına verilib. Məhkəmə istintaqının açıq keçirilməsi qərara alınıb.

 

İlk baxış iclası yanvarın 6-na təyin edilib. Qərar fransızcaya tərcümə edilərək Martin Ryana təqdim edilib. 

 

Qeyd edək ki, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən casus kimi istifadə edilib.

 

Geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye vəzifəsindən azad edilib.


OXŞAR XƏBƏRLƏR

"Ən yaxşı nəticə göstərənlərin bal aralığı 220-260 olub" - DİM sədri

"300 ballıq şkala üzrə ötən il ən yaxşı nəticə göstərənlərin bal aralığı 220-260 arasında olub. Keçən il həmin bal səviyyəsi ilə qəbul olunan ixtisaslar mö...

Çap mediası bu halda yayımını dayandırmalıdır - QADAĞA

Çap mediası subyekti Media Reyestrində olmadan fəaliyyət göstərdikdə onun çap mediası məhsulunun özü, yaxud nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və y...

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşdi

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriliən iclasında müzakirə edilmi...

Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşdi

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyə...

Büdcə qaydası dəyişdi

Büdcə qaydası dəyişir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Büdcə sistemi haqqında&rd...

Bu hallarda bələdiyyələrə torpaq sahəsi veriləcək

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən icl...