Fransa Liqa 1-də 2024-cü ilin rəmzi komandası açıqlandı

Fransa Liqa 1-də 2024-cü ilin rəmzi komandası açıqlandı

Məşhur "L'Equipe" portalı Fransa Liqa 1-də 2024-cü ilin rəmzi komandasını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, "11-liy"ə PSJ-nin 6 oyunçusu, həmçinin yayda Paris klubundan azad agent kimi "Real"a transfer olunan Kilian Mbappe də daxil edilib.

 

Heyətdə 4-4-2 taktikasına üstünlük verilib.

 

Qapıçı: Luka Şevalye ("Lill")

 

Müdafiəçilər: Əşrəf Hakimi, Markinyos, Nunu Mendeş (hamısı PSJ), Vilfred Sinqo ("Monako")

 

Yarımmüdafiəçilər: Vitinya, Usman Dembele, Bredli Barkola (hamısı PSJ), Pyer Lis-Melu ("Brest")

 

Hücumçular: Conatan Devid ("Lill"), Kilian Mbappe (PSJ/"Real")


OXŞAR XƏBƏRLƏR