“Ovqat” kolbasasında: xərçəng, ölü ət, milçək, Çin benzonatı... Azərbaycan xalqına nə yedirilir?

“Ovqat” kolbasasında: xərçəng, ölü ət, milçək, Çin benzonatı... Azərbaycan xalqına nə yedirilir?
Bir müddət əvvəl "Ovqat” şirkətinin istehsalı olan "Maşa və medved” kolbasasının içindən milçək çıxmışdı. Şirkətin rəhbəri Anar Rzayev isə bu işin məqsədli şəkildə təşkil olunduğunu bildirmişdi. Hətta müəssisənin qapılarının mediaya açıq olduğunu söyləmişdi. 

Politika.Az xəbər verir ki, bir qədər sonra "Ovqat” şirkəti barədə yeni iddialar meydana çıxdı. Saytlar yazırdı ki, «Ovqat»ın məhsulları bir sıra onkoloji xəstəliklərə yol açır. 

"Ovqat” şirkəti kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artıqmaq məqsədilə soyadan, toyuq dərisindən istifadə edir. 

Deyilənlərə görə, "Ovqat” şirkətinin məhsullarının markalanması da normativ sənədlərin tələbinə cavab vermir. Bildirilir ki, şirkətin istehsal etdiyi məhsullar bir sıra onkoloji xəstəliklərə yol açır. 

Düzdür, bu şirkət bazarın müvafiq seqmentində müəyyən qədər də olsa ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməkdə maraqlı görünmür. 

Bu da azmış kimi, mətbuatda növbəti ittihamlar yer aldı. Belə ki, halala haram qatan, daha doğrusu, haramı "halal” kimi təqdim edən sexlərdən biri də "Ovqat” əmtəə nişanı ilə fəaliyyət göstərdiyi iddia olunur. 

Politika.Az-ın media üzərindən yaydığı məlumatda bildirilir ki, bu müəssisədə işçilərin çoxu ilə əmək müqaviləsi bağlanmayıb. Onların maaşından gəlir vergisi, sosial müdafiə fonduna ayırmalar tutulmur. 

İstehsal avadanlıqları köhnəldiyindən, onların istifadəsi əməyin təhlükəsizliyini təmin etməyə imkan vermir. İstehsalatda bədbəxt hadisə baş verəcəyi təqdirdə xəsarət alacaq işçilərin müavinət almaq imkanları yoxdur.

Politika.Az xatırladır ki, növbəti iddialarda ölmüş heyvanların ətindən istifadə edildiyi bildirilirdi. A.Rzayev və şirkətin mətbuat xidməti yenə susdu. 

Bu məlumatlar mətbuat tirajlandıqca cəmiyyətin "Ovqat”a olan inamı sarsıldı. Bu gün də alıcılar bu firmanın kolbasa məhsullarının keyfiyyətinə şübhə ilə yanaşır. 

Şirkət rəhbərliyi isə mətbuata öz qapılarını açmaqla reportaj hazırlamağa şərait yaratmalıdır, bu iddialara dair əks-sübutları ortaya qoymalıdır ki, hər birimiz arxayınlıqla bu məhsulları ala biləcəyimizə arxayınlaşaq. 

Amma şirkət susur, danışmır, alıcıların inamı ölür, internetdə axtarış verdikdə bu firma haqda ən qorxunc xəbərlər qarşımıza çıxır. Hər birimiz ailəmizə təmiz, keyfiyyətli, tərkibi sağlam məhsul yedirtmək istəyirik. Belədirsə, bütün yeyinti istehsalçıları cəmiyyətə açıq olmalıdır.

Əslində, saytımız təkcə "Ovqat” yox, digər kolbasa firmaları barəsində də araşdırmalara başlayır və silsilə şəkildə yazılar təqdim edəcəyik. 

Burada hər hansı qərəz yoxdur, məqsəd ölkədə xalqa hansı kolbasa-sosiska məhsulları yedirildiyini aydınlaşdırmaqdır. İnanmaq istəyirik ki, internet resurslarında "Ovqat” haqda yer alan iddialar da həqiqətdən uzaqdır. Qarşı tərəfi dinləməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR

Cəlilabadda dağlıq ərazidəki yanğın tam söndürüldü

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın tam söndürülüb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliy...

İcra başçılarının neçə müavini var? - Statistika

2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanda yerli icra hakimiyyəti başçılarının 196 müavini var.   Sfera.az Dövlət Statistika Komitəsi...

Prezidentlə təkbətək görüşü oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.   Sfera.az xəbə...

"Bu, İranın aciz görünməsinə gətirib çıxaracaq" - AÇIQLAMA

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Te...

"Trampın Azərbaycana diqqəti təsadüfi deyil"

ABŞ- Azərbaycan əlaqələrində yeni dinamika müşahidə olunur. Rəsmi Bakı ABŞ ilə siyasi əlaqələrini ümumi Cənubi Qafqaz kontekstdə qurur. ABŞ-nin regiona gəlməsi ...

Tramp dərmanları bahalaşdıracaq - Yeni tariflər gəlir

ABŞ Prezidenti Donald Tramp əczaçılıq məhsullarının idxalına tətbiq edilən tarifləri artırmağa hazırlaşır. Sfera.az xəbər verir ki, avqustdan etibarən ABŞ-...