Qazaxıstanda təyyarə qəzasının səbəblərini araşdıran komissiya iş planını müəyyənləşdirdi

Qazaxıstanda təyyarə qəzasının səbəblərini araşdıran komissiya iş planını müəyyənləşdirdi

Qazaxıstan Nəqliyyat Nazirliyi yanında aviasiya hadisələrini araşdıran təhqiqat komissiyası “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı iş planını müəyyənləşdirib.

 

Bu barədə Sfera.az Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına istinadən xəbər verir.

 

Komissiyaya nəqliyyat naziri Marat Karabayev rəhbərlik edir. Nəqliyyat hadisələri və insidentlərin təhqiqatı departamentinin direktoru Nurjan Malayev araşdırma üzrə səlahiyyətli şəxs təyin edilib. Qazaxıstan Nəqliyyat Nazirliyinin araşdırma komissiyasının məqsədi aviasiya hadisəsinin səbəblərini müəyyən etmək və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün tövsiyələr hazırlamaqdır. Bu komissiya Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi hökumət komissiyasının tərkibinə daxildir.

 

"Bu gün Marat Karabayevin sədrliyi ilə qərargahda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün Qazaxıstana gələn 17 beynəlxalq ekspertin iştirakı ilə müşavirə keçirilib. Komissiya iş planını müəyyənləşdirib. Beləliklə, komissiya tam tərkibdə hadisə yerinə baş çəkəcək. Hava gəmisinin elementlərinin toplanması üçün anqara baxış keçirəcək. Bu elementlərin toplanmasına başlanılması tarixi ilə bağlı birgə qərar qəbul edəcək", - məlumatda vurğulanıb.

 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

 

Qeyd edək ki, təyyarənin qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.


OXŞAR XƏBƏRLƏR

DİM-də 2024-cü illə bağlı müzakirələr təşkil olunub

Dövlət İmtahan Mərkəzində ötən il – 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin e...

"Gözəl danışır, sonra insanları bombalayır" - Tramp Putinə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Rusiya lideri Vladimir Putindən məyus olduğunu bildirib və onun sözünün üstündə durmadığına işarə edib.   S...

Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olundu

Azərbaycanın ornitoloji turizm imkanları 11-14 iyul tarixlərində Birləşmiş Krallığın Rutland şəhərində keçirilən "Global Bird Fair” beynəlxalq quş mü...

Günorta saatlarında bu şəxslər çölə çıxmasın - XƏBƏRDARLIQ

Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayı...

Boksçumuz beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycan boksçusu Abbasqulu Şadlinski Portuqaliyada qızıl medal qazanıb.   Boks Federasiyasından Sfera.az-a verilən məlumata görə, 75 kiloqram ç...

Rusiya bir gecədə bu qədər PUA vurdu

Rusiya hava hücumundan müdafiə sistemləri ölkə üzərində Ukraynaya məxsus 11 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazir...