Dəniz sahilində dostları şəklini çəkdi: Bu kadr qız üçün taleyüklü oldu

Dəniz sahilində dostları şəklini çəkdi: Bu kadr qız üçün taleyüklü oldu

18 yaşlı Merlin Septiana İndoneziyanın Semeta çimərliyində foto çəkdirərkən dostları ilə əylənib. Qayalarda oturduğu, qulaqcıqda musiqi dinlədiyi, kameraya gülümsədiyi bu fotonun taleyüklü olacağını qız ağlına belə gətirə bilməzdi. 

 

Sfera.az bildirir ki, bir müddət sonra turist qızı böyük dalğa əhatə edir və o, suyun altında yoxa çıxır. İnternetdə yayımlanan görüntülərdə yerli sakinlərin ümidsizcə onu xilas etməyə çalışdıqları görünür. İnamsızlıqla dənizə baxmaqdan başqa heç nə edə bilməyən şahidlərin arxa planda ağlaması və qışqırtıları eşidilir.

 

Mataram axtarış-xilasetmə şöbəsinin müdiri Lalu Vahyu Əfəndi qeyd edir ki, Merlinin dostları mövcud vasitələrlə, xüsusən də ağac budağı və çubuqla ona kömək etmək istəyiblər, lakin heç bir faydası olmayıb.

 

Axan sular tərəfindən qayaya çırpılmış qurbanın cəsədini tapmaq iki saat çəkib. Septiana yoxa çıxdığı andan (yerli vaxtla saat 15:00 radələrində) xilasetmə və axtarış əməliyyatı saat 17:13-dək davam edib.

 

Mərkəzi Lombok Regional Fəlakət İdarəetmə Agentliyinin (BPBD) icraçı direktoru Ridvan Makruf qızın öldüyünü təsdiqləyib. Onun meyiti Tanak Awu kəndində ailəsinə təhvil verilib. İlkin versiyaya görə, qulaqlıq dalğaların səsini boğub.

 

Yeri gəlmişkən, İndoneziya çimərlikləri istirahət edənlər üçün olduqca təhlükəlidir, xüsusən də güclü axınlar, böyük dalğalar və gözlənilməz təbii fəlakətlər var. Bu, xüsusilə təcrübəsiz üzgüçülər üçün ölümcül ola bilir.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...