Fərruxov bu xəstəxanaya direktor təyin olundu


Fərruxov bu xəstəxanaya direktor təyin olundu

Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanası məlumat verib.

 

Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Afiq Fərruxov Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

 

A.Fərruxov 2021-2024- cü illərdə Şuşa Modul Tipli Xəstəxanasında və Xankəndi Şəhər Xəstəxanasında anestezioloq-reanmatoloq olaraq çalışıb.

 

A.Fərruxov 44 günlük Vətən müharibəsində yaralı əsgərlərimizə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət göstərib.


OXŞAR XƏBƏRLƏR