110 yaşlı kişi uzunömürlülüyünü it yemi ilə əlaqələndirdi


110 yaşlı kişi uzunömürlülüyünü it yemi ilə əlaqələndirdi

Britaniyanın ən yaşlı kişisi 110 yaşını qeyd edib və uzun ömür sürməsinin səbəblərini açıqlayıb.


Sfera.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
 

Donald Rouz ad gününü qocalar evində qeyd edib, burada onun üçün britaniyalı müğənni Alfi Boenin onlayn konserti təşkil olunub. Onun üçün hətta aktrisa Keyt Eşbi də çıxış edib. Bundan əlavə, o, yüzillik yubiley şərəfinə Britaniya kral ailəsindən açıqca alıb.
 

Qocalar evinin əməkdaşının dediyinə görə, Rouz əmindir ki, uzunömürlülüyün heç bir sirri yoxdur. Ancaq kişi izah edib ki, İkinci Dünya Müharibəsi zamanı dəniz suyu içməli və it yemi yeməli olub. O hesab edir ki, bu pəhriz onun içini "turşuladıb" və buna görə də hələ də sağdır.
 

Rouz 1914-cü ildə anadan olub və İkinci Dünya Müharibəsi zamanı xidmət edib. Tank diviziyasında xidmətə başlayıb, ön cəbhədə döyüşüb, snayper olub, orduda müxtəlif ölkələrdə döyüşün, Kral İngilis alayında xidmət edib. O, Fransanın ən yüksək mükafatı olan Fəxri Legion ordeni də daxil olmaqla bir çox medal alıb.
 

Ancaq qocalar evinin əməkdaşının qeyd etdiyi kimi, Rouz özünü qəhrəman hesab etmir. Həmişə etməli olduğu şeyi etdiyini deyir. 110 yaşlı Böyük Britaniyanın ən yaşlı İkinci Dünya Müharibəsi veteranıdır.

İnci


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...