Bayram tətilində qar yağacaq, şaxta düşəcək - PROQNOZ

Bayram tətilində qar yağacaq, şaxta düşəcək - PROQNOZ

Bayram tətili günlərində (31 dekabr-3 yanvar) gözlənilən hava proqnozu açıqlanıb.

 

ETSN-dən Sfera.az-a verilən xəbərə görə, 31 dekabrda Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

 

1 yanvarda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.

 

2 yanvarda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 8-11 dərəcə isti olacaq.

 

3 yanvarda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.

 

Naxçıvan MR ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşam dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9, yanvarın 2-dən bəzi yerlərdə 12 dərəcəyədək isti olacaq.

 

Qarabağ və Şərqi Zəngəzur bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 31-i günün ikinci yarısından yanvarın 1-i səhərədək arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi, yanvarın 2-də ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 0-4 dərəcə isti, dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta, gündüz 4-8, yanvarın 2-dən bəzi yerlərdə 12 dərəcəyədək isti olacaq.

 

Qazax-Gəncə bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 31-i axşamdan yanvarın 1-i səhərədək bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi, yanvarın 2-də ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 0-4, gündüz 6-9, yanvarın 2-dən bəzi yerlərdə 11 dərəcəyədək isti olacaq.

 

Şəki -Balakən bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 31-i gecə və axşam bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim qərb küləyi əsəcək, yanvarın 2-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-8, yanvarın 2-dən bəzi yerlərdə 11 dərəcəyədək isti olacaq.

 

Quba-Xaçmaz bölgəsində 31 dekabr-3 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6, 2-dən bəzi yerlərdə 11 dərəcəyədək isti olacaq.

 

Dağlıq Şirvan bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 31-i gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7, yanvarın 2-dən bəzi yerlərdə 10 dərəcəyədək isti olacaq.

 

Mərkəzi Aran bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 31-i günün birinci yarısında bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 7-10, yanvarın 2-dən bəzi yerlərdə 13 dərəcəyədək isti olacaq.

 

Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 31-də bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 7-10, yanvarın 2-dən bəzi yerlərdə 12 dərəcəyədək isti, dağlarda gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...