Pilotun uçuşdan bir gün əvvəl anasına yazdığı mesaj... - VİDEO

Pilotun uçuşdan bir gün əvvəl anasına yazdığı mesaj... - VİDEO

“Hadisədən bir gün öncə mənə vatsapda yazdı və dedi ki, onu reysə təyin ediblər. Onu həmişə hansısa reysə təyin edəndə məni xəbərdar edirdi ki, ana, mən ora uçuram, gəliş vaxtı filan vaxt. Həmişə qayıdanda yazırdı ki, mən evə çatdım, narahat olma”.

 

Sfera.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin həlak olan pilotu Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova bildirib.

 

O, oğlunun cəmi bir ildir ki, işlədiyini, işini çox sevdiyini deyib: “Bir il işlədi və məzuniyyətə çıxdı. Bu onun ilk məzuniyyəti idi. Mənə zəng vurmuşdu, deyirdi ki, məzuniyyəti Avropada keçirmək istəyirəm, Fransanı seçmişəm. Dedim ki, əlbəttə, Saşa, sənin bir ilin çox gərgin olub. Onun çox sıx cədvəli var idi. Dedim ki, sən bunu qazandın, buna layiqsən. Məzuniyyətdən qayıtdı, cəmi bir həftə idi ki, işləyirdi. 2013-cü ildən bu peşə üzrə oxuyurdu, işini çox sevirdi. Ümumiyyətlə, işi haqqında çox danışan deyildi. Cəmi bir il idi ki, uçurdu. Hər dəfə fərqli kapitanlarla uçuş həyata keçirirdi...”

 

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysi ilə uçan “Embraer 190” təyyarəsi dekabrın 25-də fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Ölənlər arasında pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva da var.

 


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...