2024-cü ilin ən uğurlu valyutası müəyyənləşib - İkinci yerdə lirədir...


2024-cü ilin ən uğurlu valyutası müəyyənləşib - İkinci yerdə lirədir...

Argentina pesosu 2024-cü ildə 44,2 faiz möhkəmlənib ki, bu da digər valyutalardan daha güclüdür.

Sfera.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb .

İkinci yerdə 21,2 faiz bahalaşan türk lirəsi qərarlaşıb.

Nəticədə argentinalıların orta əmək haqqı təxminən iki dəfə artaraq 990 dollara çatıb. Lakin bu, iqtisadiyyata baha başa gəlib. Məlum olub ki, yüksək peso məzənnəsinin saxlanması valyuta ehtiyatlarının demək olar ki, tamamilə tükənməsi ilə nəticələnib. Analitiklər xəbərdarlıq edir ki, qonşu Braziliyada realın sürətlə ucuzlaşması və ABŞ-nin yeni prezidenti Donald Trampın potensial tariflər tətbiq etməsi Argentinanı qəfil devalvasiyaya qarşı müdafiəsiz qoya bilər.

BancTrust investisiya bankının araşdırma rəhbəri Ramiro Blazquez bildirib ki, peso yüksəlməyə davam edərsə və ya böyük xarici şok olarsa, ucuz dollara tələb arta bilər və bu, devalvasiya riskini artıra bilər. Öz növbəsində, biznes rəhbərləri belə dinamikanın Argentina ixracatının rəqabət qabiliyyətini tezliklə sarsıda biləcəyindən narahatdırlar.

Argentina prezidenti Xavyer Miley daha əvvəl demişdi ki, iqtisadiyyatda çətin dövrlər xoşbəxt dövrlərlə əvəzlənir. Onun sözlərinə görə, “gələcək daha yaxşı olacaq”.

İnci


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: Türkiyə Suriyada adına yaraşacaq bir siyasət yürüdüb

Türkiyə Suriyadakı Əsəd rejimi dönəmində adına yaraşacaq bir siyasət yürüdüb.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ər...

Hüseyn Məhəmmədoğlu aktrisa yoldaşına bunu qadağan etdi

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbrahimovaya qoyduğu qadağadan danışıb.    Sfera.az xəbər verir ki, musiqiçi bu ...

Bakı-Balakən qatarı 100 faiz doluluqla hərəkət edir

Ötən gün Bakı-Balakən qatarı 100 faiz doluluqla yola düşüb. Tələbata uyğun olaraq qatara daha bir vaqon əlavə edilib.   Sfera.az xəbər verir ki, bu b...

Kiberdələduzluq hallarında cinayətkarlar necə müəyyənləşdirilir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın atasına bank adı ilə zəng edən dələduzlar onun 80 min manatdan artıq pul vəsaitini oğurlayıblar. Daxili ...

Bakı Kitab Mərkəzində “20 Yanvar - Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib - FOTOLAR

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar - Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib.   Sfer...

Hakan Fidan: Qəzzadakı atəşkəs rejimi Türkiyə üçün vacibdir

Qəzzadakı atəşkəs rejimi, təbii, Türkiyə üçün vacibdir və Türkiyə atəşkəs rejiminin davamlı olmasını arzu edir.   Sfera.az xəbər verir ki,  bu f...