Azərbaycan 170-dən çox ölkə ilə ticarət aparır - RƏSMİ

Azərbaycan 170-dən çox ölkə ilə ticarət aparır - RƏSMİ

Azərbaycan 172 ölkə ilə ticarət əməliyyatları həyata keçirir.

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb.

 

Bu ölkələrdən 120-nə məhsul ixrac olunub, 162 ölkədən isə idxal həyata keçirilib. Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla, 2024-cü ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 38 milyard 413 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 21 milyard 776,3 milyon dollar, idxalın dəyəri 16 milyard 636,4 milyon dollar təşkil edib. Nəticədə 5 milyard 149 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

 

2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə real ifadədə isə 3,9 faiz, o cümlədən idxal 0,4 faiz, ixrac 5,9 faiz azalıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...