Azərbaycanda ən aşağı maaş bu sahələrdədir - MƏBLƏĞ

Azərbaycanda ən aşağı maaş bu sahələrdədir - MƏBLƏĞ

Azərbaycanda orta əməkhaqqı 993 manat olsa da, bəzi sahələrdə orta maaş bundan xeyli aşağıdır.

 

Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbər verir ki, ən aşağı maaş səviyyəsi kənd təsərrüfatı, ticarət, su təchizatı və tullantıların təmizlənməsi, turistlərin yerləşdirilməsi və ictimai iaşə, təhsil, inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahələrində müşahidə edilir.

 

Kənd təsərrüfatı sahəsi üzrə çalışan işçilərin orta maaşı 572 manatdır. Bu sahənin həm dövlət, həm də qeyri-dövlət bölmələrində əməkhaqqı aşağıdır. İnzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində də orta maaş çox aşağıdır. Burada orta əməkhaqqı 607 manat təşkil edib. Bu sahədə də dövlət və qeyri-dövlət bölmələri üzrə maaşlarda kəskin fərq yoxdur.

 

Ticarətdə də maaşlar çox azdır. Ticarətdə muzdla işləyənlərin orta maaşı 673 manat təşkil edib.

 

Su təchizatı və tullantıların təmizlənməsi sahələrində orta maaş 722 manat olub. Bu sahədə qeyri-dövlət bölməsindəki maaşlarla dövlət bölməsindəki maaşlar kəskin fərqlənir. Belə ki, dövlət bölməsində orta əməkhaqqı 667 manat olduğu halda, qeyri-dövlət bölməsində orta əməkhaqqı 1191 manatdır.

 

İstirahət, əyləncə və incəsənət sahəsində də vəziyyət fərqli deyil. Adıçəkilən sahədə orta maaş 740 manat olub. Amma qeyri-dövlət bölməsində orta əməkhaqqı 1152 manat, dövlətdə isə 689 manatdır.

 

Dövlət və qeyri-dövlət bölmələri arasında kəskin maaş fərqi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində də müşahidə edilir. Burada orta maaş 744 manatdır. Lakin dövlət bölməsində orta maaş 1750 manat, qeyri-dövlətdə 708 manat təşkil edir.

 

Aşağı maaş səviyyəsi olan digər sahə təhsildir. Burada orta əməkhaqqı 746 manatdır.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...

Yazın sonuna qədər 4 bürc məhəbbətini tapacaq

Bahar, ruhda çoxdan unudulmuş hərarəti alovlandıra bilən hisslərin, yüngüllük və incə enerjinin oyanma vaxtıdır.   Sfera.az bildirir ki, bəzi bürclər...