Unibank jurnalistlər üçün seminar keçirdi - FOTO

Unibank jurnalistlər üçün seminar keçirdi - FOTO

Unibank jurnalistlər üçün “Dayanıqlı maliyyə: trend və perspektivlər” mövzusunda seminar keçirib.

 

Tədbir “Media savadlılığı” həftəsi çərçivəsində təşkil olunub. Bankın Dayanıqlılıq üzrə meneceri Səmra Talışinskaya-Abbasova tərəfindən keçirilən seminarda dayanıqlılıqla bağlı əsas konsepsiyalar, ölkəmizin iqlim gündəliyi, həm qlobal, həm də ölkə kontekstində dayanıqlı maliyyənin inkişaf perspektivləri əhatə edilib. 

 

Ölkəmizin dayanıqlı inkişaf gündəliyi haqqında seminar iştirakçılarına məlumat verən məruzəçi, bu istiqamətdə qarşıya qoyulan hədəflər, hazırlanan sənədlər toplusu haqqında məlumatları seminar iştirakçılarına çatdırıb.

 

Bildirilib ki, ölkəmizin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək milli prioriteti çərçivəsində  müvafiq iqtisadi sektorlar üzrə  hədəflər və layihələr müəyyən edilib. Dayanıqlı maliyyənin maliyyə institutları üçün əhəmiyyətinin vurğulandığı seminarda, iqlim dəyişmələrinin maliyyə institutları üçün yaratdığı risklər və fürsətlər müzakirə olunub. 

 

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

 


OXŞAR XƏBƏRLƏR

DSX əməliyyat keçirdi - Saxlanılanlar VAR

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrup...

"Bank kartlarından oğurluğun qarşısını almaq olar" - DİN rəsmisi

"Bank kartlarından vəsaitin oğurlanması kimi halların qarşısının alınması, birinci növbədə, şəxsin özündən asılıdır. Bunu dünya praktikası da təsdiq edir&q...

Məşhur müğənni faciəli şəkildə həyatını itirdi - FOTO

ABŞ-li tanınmış müğənni və mahnı müəllifi Jill Sobule Minnesota ştatının Vudburi şəhərində yaşadığı evdə baş verən yanğında həyatını itirib. 66 yaşlı sənətkarın...

I ixtisas qrupundan bu fənn çıxarıldı

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib.     Sfera.az Nazirlər Kabineti bununla bağlı “Azərba...

"Birbank" “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü

Fərdi yanaşması, yüksək xidmət standartları və müştəri məmnuniyyətinə verdiyi dəyərlə seçilən "Birbank" Private beynəlxalq maliyyə nəşri olan “I...

Nazir Fəxrəddin Manafova vəzifə verdi

Görkəmli teatr və kino aktyoru, xalq artisti Fəxrəddin Manafov Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahid...