Lotu Qulunun “razborkası”nda ölən var? - kütləvi davanın təfərrüatı

Lotu Qulunun “razborkası”nda ölən var? - kütləvi davanın təfərrüatı

Paytaxtın Hüseynbala Əliyev küçəsində, "Yeganə” şadlıq sarayı yaxınlığında silahlı insidentin təfərrüatı üzə çıxıb. 

İki kriminal qruplaşma arasında baş verən olay "Nənəmin təndiri” adlanan iaşə obyektinin yaxınlığında baş verib. Hadisə zamanı bir nəfər öldürülüb. 

Həlak olanın şəxsiyyəti barədə araşdırmalar davam edir. Məlum hadisənin yanvarın 9-na keçən gecə Bakının Nərimanov rayonunda baş vermiş atışmanın davamı olduğu istisna edilmir. 

Belə ki, Ağa Nemətulla küçəsindəki "Nənəmin təndiri” kafesinin yaxınlığında 15-20 nəfər arasında atışma ilə nəticələnən kütləvi dava olub. 

Həmin qanlı insidentdə iştirak edənlər kriminal avtoritetlər Rafiq Eyvazovun (Rafiq Masallinski) və Nadir Səlifovun (Lotu Qulu) adamları olub. 

Hadisənin ən müəmmalı tərəfi hər iki hadisənin "Nənəmin təndiri” obyekti yaxınlığında törədilməsidir. 

"Nənəmin təndiri” adı altında paytaxtda bir neçə obyekt fəaliyyət göstərir və bu şəbəkənin sahibi əslən Şəmkir rayonundan olan Etibar adlı iş adamıdır. 

Bu hadisələrə Masallinski səbəb olub, o, öz qisasını alırmış. Kriminal dairələrə yaxın olan digər mənbə hadisənin təfərrüatlarını açıqlayıb. 

İddia edilir ki, dekabrda Türkiyədə "qanuni oğru” Rafiq Eyvazov amansızlıqla döyülüb. Məhz Lotu Qulinin adamları Masallinskiyə qarşı zor tətbiq ediblər. Eyvazovla Səlifov arasındakı münaqişə pul üstündə baş verib. 

Söhbət 200 min dollardan gedir. Əvvəllər, hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən Səlifovun qruplaşmasının tərkibində olan Eyvazov onunla bərk mübahisə edib və sonra qrupdan çıxdığını bəyan edib. 

Tezliklə Səlifovun adamları Eyvazovu İstanbul hava limanında qarşılayıblar və onu restorana aparıblar. Eyvazov tək olmayıb, onunla türk ortağı da olub. Restorandan çıxarkən Eyvazovu və tanışını tapança ilə təhdid edərək adam olmayan yerə aparıblar. 

Orada onların hər ikisini xüsusi amansızlıqla döyüblər. Hadisə baş verəndən sonra Masallinski bir neçə gün xəstəxanada yatıb. O, döyüldüyünə görə intiqam almağa söz verib. 

Belə bir məlumat da verilib ki, sözügedən qrupların Moskvada baş vermiş qarşıdurmasında bir azərbaycanlı öldürülüb. Daha sonra R.Eyvazov Bakıya qayıdıb və məlum hadisələr baş verib. 

Nadir Səlifovun (Lotu Qulu) vəkili Təranə Əliyeva virtualaz.org-a açıqlamasında hadisənin yuxarıda sadalanan qruplaşmalar arasında baş verməsini təkzib edib. (politika.az)



OXŞAR XƏBƏRLƏR

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir. Sfera.az xəbər verir ki, bunu Suriyanın ener...

"Qalatasaray" "Latsio" ilə üz-üzə

Türkiyənin futbol nəhənglərindən olan "Qalatasaray" bu gün yoxlama görüşündə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gələcək.   Sfer...

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Azərbaycanın hava məkanı nəzəri cəhətdən Ermənistandan gələn mülki təyyarələr üçün açıqdır, lakin onlar oradan uçmurlar.   Sfera.az xəbər verir ki, b...