C vitamini ilə ürək əzələlərinin bərpası sürətləndiriləcək - TİBDƏ YENİLİK

C vitamini ilə ürək əzələlərinin bərpası sürətləndiriləcək - TİBDƏ YENİLİK

Seuldakı Koreya Universitetinin bir qrup koreyalı alimi digər hüceyrə növlərini transformasiya edərək ürək toxumasını bərpa etmək üçün texnologiya hazırlayıb. 

 

Sfera.az xəbər verir ki, tədqiqat “Experimental & Molecular Medicine”  (EMM) elmi jurnalında dərc olunub.

 

Belə ki, mütəxəssislər fibroblastları (birləşdirici toxuma hüceyrələri) yetkin və funksional induksiya edilmiş kardiyomiyositlərə (ürəyin əzələ hüceyrələri) çevirməyi öyrəniblər.

 

Metod yetkinləşməni sürətləndirən və hüceyrə funksiyasını yaxşılaşdıran C vitamini ilə fibroblast böyümə faktoru 4-ün birləşməsinə əsaslanır.

 

Təcrübələrdə elm adamları aydın şəkildə müəyyən edilmiş sarkomerlər (əzələ toxuması parçaları) və T-borucuqları (hüceyrə membranının elementləri) ilə daha yaxşı hüceyrə quruluşuna, təkmilləşdirilmiş ion kanalı funksiyası ilə artan elektrik aktivliyinə və yetkin, tam yenidən proqramlaşdırılmış hüceyrə yaratmaqda daha yüksək effektivliyə nail olublar. 

 

Tədqiqatçılar deyirlər ki, xəstənin öz toxumasından yetkin kardiomiositlərin yetişdirilməsi bir gün infarkt və ya digər ürək-damar xəstəlikləri nəticəsində yaranan zədələri bərpa etməyə kömək edə bilər.

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...