"Sağ qalanlar pilotlarımızın xidmətidir, bəs həyatını itirənləri kimin vicdanına yazaq?" Deputat

"Sağ qalanlar pilotlarımızın xidmətidir, bəs həyatını itirənləri kimin vicdanına yazaq?" Deputat

Xəbər verdiyimiz kimi, Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın “Pantsir” raket sistemi tərəfindən vurulduğu məlum olub. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən deputat Sahib Alıyev deyib ki, bu, qəsdən edilməyib, amma bir sıra suallara aydınlıq gətirilməlidir:

 

“Məsələn, vurulan təyyarənin yaxınlıqdakı Mahaçqala, yaxud da Mineralnıye Vodı hava limanına enməsinə niyə izn verilməyib? Niyə o, dənizin o biri tərəfinə, Qazaxıstanın Aktau şəhərinə göndərilib? Xatırlatmaq istəyirəm ki, 2020-ci ilin 9 noyabrında Rusiya helikopteri, həm də hərbi helikopteri Ermənistanınkı ilə səhv salınıb vurulanda Azərbaycan buna görə üzr istəmiş və təzminat ödəmişdi. 2015-ci ildə Rusiyanın Türkiyənin hava sərhədini pozan hərbi təyyarəsi vurulanda da, sərhədpozma halının aniliyi və qəsdən olmadığı nəzərə alınaraq yenə üzr istənilmişdi. Qarşı tərəfdən də eyni addımların atılmasını gözləyərik. Bunu həm də beynəlxalq normalar tələb edir”.

 

Millət vəkili bildirdi ki, təyyarədəki qəzada sağ qalanların sayının çox olması məhz uçuş heyətinin xidmətidir:

 

“Bəs həyatını itirənlər kimin vicdanına yazlımalıdır? Təbii ki, hələ də susmaqda davam edənlərin, məsuliyyəti öz üzərlərindən atmağa çalışanların və bunda onlara dəstək çıxanların..”

 

Türkan 
 


OXŞAR XƏBƏRLƏR

Baş nazirdən ali məktəblərə qəbulla bağlı VACİB QƏRAR

Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib.   Sfera.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Azərbaycan Respu...

DSX əməliyyat keçirdi - Saxlanılanlar VAR

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrup...

"Bank kartlarından oğurluğun qarşısını almaq olar" - DİN rəsmisi

"Bank kartlarından vəsaitin oğurlanması kimi halların qarşısının alınması, birinci növbədə, şəxsin özündən asılıdır. Bunu dünya praktikası da təsdiq edir&q...

Məşhur müğənni faciəli şəkildə həyatını itirdi - FOTO

ABŞ-li tanınmış müğənni və mahnı müəllifi Jill Sobule Minnesota ştatının Vudburi şəhərində yaşadığı evdə baş verən yanğında həyatını itirib. 66 yaşlı sənətkarın...

I ixtisas qrupundan bu fənn çıxarıldı

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib.     Sfera.az Nazirlər Kabineti bununla bağlı “Azərba...

"Birbank" “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü

Fərdi yanaşması, yüksək xidmət standartları və müştəri məmnuniyyətinə verdiyi dəyərlə seçilən "Birbank" Private beynəlxalq maliyyə nəşri olan “I...