Dövlət Turizm Agentliyinin işçilərinin sayı artırıldı

Dövlət Turizm Agentliyinin işçilərinin sayı artırıldı

Prezident İlham Əliyev 21 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanında dəyişiklik edib.

 

Sfera.az xəbər verir ki, dəyişikliklə Agentliyin işçilərinin sayı 151-dən 156-ya, o cümlədən qurumun aparatı üzrə ştat vahidi 63-dən 68-ə çatdırılıb, regional turizm idarələri üzrə ştat vahidi isə 88 saxlanılıb.

 

Fərman gələn il yanvarın 1-dən qüvvəyə minəcək.


OXŞAR XƏBƏRLƏR