Ukrayna hərbçiləri Kurskda vuruşan Şimali Koreya əsgərini ƏSİR GÖTÜRDÜLƏR

Ukrayna hərbçiləri Kurskda vuruşan Şimali Koreya əsgərini ƏSİR GÖTÜRDÜLƏR

Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayətində yaralı Şimali Koreya əsgərini əsir götürüblər.

 

Sfera.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi Cənubi Koreya kəşfiyyatına istinadən məlumat yayıb.

 

“Dost ölkənin kəşfiyyat təşkilatı ilə real vaxt rejimində məlumat mübadiləsi vasitəsilə biz yaralı Şimali Koreya əsgərinin əsir götürülməsini təsdiqlədik və vəziyyətlə bağlı gələcək inkişafı diqqətlə nəzərdən keçirmək niyyətindəyik”, - məlumatda bildirilib.

 

Dünən, dekabrın 26-da Ukraynanın bir sıra Telegram kanalları və KİV-ləri Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin əsgərlərinin Kursk vilayətində gedən döyüşlər zamanı ilk Şimali Koreya əsgərini əsir götürməsi barədə məlumat yayıb. Əsgər əsir götürülməzdən əvvəl yaralanıb. Onun şəkli internetdə nümayiş etdirilib. Dekabrın 27-də Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti bu faktı təsdiqləyib.

 

Qeyd edək ki, Ukrayna hakimiyyəti oktyabr ayında KXDR-in öz əsgərlərini Rusiyaya göndərdiyini açıqlamışdı. Daha sonra bu məlumatı Cənubi Koreya kəşfiyyatı və Pentaqon da təsdiqləyib. Ukrayna və onun Qərb tərəfdaşlarının hesablamalarına görə, KXDR Rusiyaya ən azı 10 min hərbçi göndərib. “New York Times” yazır ki, Şimali Koreya əsgərləri ilə Ukrayna Silahlı Qüvvələri arasında ilk döyüşlər noyabrın əvvəlində Ukrayna ordusunun ələ keçirdiyi və avqust ayından bu yana keçirdiyi Kursk vilayətində baş verib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

"Unibank" dayanıqlı maliyyə seminarları təşkil edib

"Unibank" tərəfindən universitet tələbələri üçün “Bankçılıqda Dayanıqlılıq: Risklər, Gəlirlilik və Sosial məsuliyyət” mövzusunda maariflən...

Çiyələklər necə təmizlənməlidir: 3 asan ÜSUL

Çiyələkləri düzgün təmizləmək onların həm sağlam, həm də uzun müddət təzə qalması üçün əsas şərtdir.   Sfera.az xəbər verir ki, meyvə istehlakın...

İşlədiyi evdən oğurluq edən usta saxlanıldı

Mayın 1-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 1000 manat dəyərində naqil oğurlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-i...

Baş nazirdən ali məktəblərə qəbulla bağlı VACİB QƏRAR

Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib.   Sfera.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Azərbaycan Respu...

DSX əməliyyat keçirdi - Saxlanılanlar VAR

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrup...

"Bank kartlarından oğurluğun qarşısını almaq olar" - DİN rəsmisi

"Bank kartlarından vəsaitin oğurlanması kimi halların qarşısının alınması, birinci növbədə, şəxsin özündən asılıdır. Bunu dünya praktikası da təsdiq edir&q...