Hindistanda 7 günlük matəm elan edildi

Hindistanda 7 günlük matəm elan edildi

Hindistan hakimiyyəti ölkənin keçmiş Baş naziri Manmohan Sinqhin vəfatı ilə əlaqədar 7 günlük matəm elan edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Cənubi Asiya Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

“Mərhum hörmətli şəxsə ehtiram əlaməti olaraq, 26/12/2024-cü ildən 01/01/2025-ci il daxil olmaqla bütün Hindistanda yeddi günlük matəm elan ediləcək. Bu müddət ərzində bütün Hindistanda milli bayraq yarıya qədər endiriləcək və heç bir rəsmi əyləncə tədbirləri keçirilməyəcək”, - departamentdən bildirilib.

 

Hakimiyyət də dəfn mərasiminin dövlət səviyyəsində keçirilməsinə qərar verib. Dəfnin dekabrın 28-də baş tutacağı gözlənilir.  

 

Qeyd edək ki, Manmohan Sinq dekabrın 26-da 92 yaşında evindən huşsuz vəziyyətdə tapılıb. Həkimlər qeyd edib ki, Sinq yaşlı insanlara xas olan bir sıra xəstəliklərdən əziyyət çəkirdi. Həkimlərin bütün səylərinə baxmayaraq, onu həyata qaytara bilməyiblər.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR