Vərəm xəstəsi intihar etdi

Vərəm xəstəsi intihar etdi
 
Bakıda intihar hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində yerləşən Vərəm Dispanserində qeydə alınıb. Orada müalicə alan, 1964-cü il təvəllüdlü Anatoli Seyfəddin oğlu Mehdiyev boğazını kəsərək intihar edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR