Qroznı hava limanı sərnişinlər üçün BAĞLANDI - “Xalça” planı tətbiq edildi

Qroznı hava limanı sərnişinlər üçün BAĞLANDI - “Xalça” planı tətbiq edildi

Dekabrın 27-də Qroznı şəhərinin “Severnı” Beynəlxalq Hava Limanında “Xalça” planı tətbiq edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə hava limanının baş direktoru Alvi Şahgiriyev “İnterfaks”a bildirib. Plan Moskva vaxtı ilə saat 5:08-də elan edilib.

 

"Hava limanı “Xalça” planına uyğun olaraq bağlıdır. Biz sərnişinləri qəbul etmirik və ya buraxmırıq", - baş direktor qeyd edib.

 

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako isə bildirib ki, uçuşların məhdudlaşdırılması daha bir neçə hava limanında tətbiq olunur. Həmin məhdudiyyətlərin bəziləri artıq ləğv olunub. Belə ki, Kazan hava limanında saat 10:00-dan etibarən təyyarələrin gəlişi və buraxılması ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb, hava limanı normal rejimdə işləməyə davam edəcək.

 

Xatırladaq ki, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə bir neçə hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Dekabrın 26-da Moskvada “Şeremetyevo”, “Domodedovo”, “Vnukovo” və “Jukovski” hava limanlarında “Xalça” planı tətbiq edilib. Həmin gün Moskva vaxtı ilə saat 16:39-da bütün hava limanları normal fəaliyyətini bərpa edib.

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...