Rusiya qəzada həlak olanların ailəsinə nə qədər təzminat ödəməlidir? - MƏBLƏĞ AÇIQLANDI

Rusiya qəzada həlak olanların ailəsinə nə qədər təzminat ödəməlidir? - MƏBLƏĞ AÇIQLANDI

Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın “Pantsir” raket sistemi tərəfindən vurulduğu məlum olub. Bu məlumatdan sonra bir sıra məsələlər müzakirə obyektinə çevrilib. 

 

Məsələn, qeyd edilən məsələ təsdiqləndiyi halda, Rusiya mülki təyyarədə həlak olanların ailəsinə nə qədər təzminat ödəməlidir? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Babək Həmidov deyib ki, Beynəlxaq Mülki Aviasiya qaydalarına əsasən, mülki aviareyslərdə qəza nəticəsində həlak olanların ailəsinə ödənilməsi üçün hər hansı ölkənin valyutasından deyil, xüsusi beynəlxalq valyutadan istifadə edilir:

 

“”Special Drawing Right” (Xüsusi borcalma hüququ) - SDR kimi adlanan bu valyuta həm Azərbaycan, həm də Rusiya tərəfindən qəbul edilib. Beynəlxalq Mülki Aviasiya qaydalarına görə, qəza nəticəsində ölən hər sərnişinə görə 250 min SDR kompensasiya ödənilməlidir. Azərbaycan Mərkəzi Bankının hadisə gününə olan məzənnəsinə görə, 1SDR - 2.2170 azn olmaqla, kompensasiya məbləği 554250  Azərbaycan manatıdır”.

 

Vəkil bildirdi ki, hadisə baş verdiyi ərazi, yəni Rusiya Federasiyası üzrə kompensasiya isə 32623433 Rusiya rublu (250000 SDR), yəni 326662 ABŞ dolları edir: 

 

“Bu kompensasiya məbləği qəzanın baş verməsinə səbəb olan ölkə, yəni Rusiya tərəfindən vətəndaşlığından asılı olmayaraq, qəzada ölən şəxslərin ailə üzvlərinə ödənilməlidir”.

 

Türkan 
 


OXŞAR XƏBƏRLƏR

Baş nazirdən ali məktəblərə qəbulla bağlı VACİB QƏRAR

Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib.   Sfera.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Azərbaycan Respu...

DSX əməliyyat keçirdi - Saxlanılanlar VAR

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrup...

"Bank kartlarından oğurluğun qarşısını almaq olar" - DİN rəsmisi

"Bank kartlarından vəsaitin oğurlanması kimi halların qarşısının alınması, birinci növbədə, şəxsin özündən asılıdır. Bunu dünya praktikası da təsdiq edir&q...

Məşhur müğənni faciəli şəkildə həyatını itirdi - FOTO

ABŞ-li tanınmış müğənni və mahnı müəllifi Jill Sobule Minnesota ştatının Vudburi şəhərində yaşadığı evdə baş verən yanğında həyatını itirib. 66 yaşlı sənətkarın...

I ixtisas qrupundan bu fənn çıxarıldı

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib.     Sfera.az Nazirlər Kabineti bununla bağlı “Azərba...

"Birbank" “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü

Fərdi yanaşması, yüksək xidmət standartları və müştəri məmnuniyyətinə verdiyi dəyərlə seçilən "Birbank" Private beynəlxalq maliyyə nəşri olan “I...