Azərbaycan diplomatları və ailə üzvləri üçün güzəştlər III oxunuşda qəbul edildi

Azərbaycan diplomatları və ailə üzvləri üçün güzəştlər III oxunuşda qəbul edildi

Milli Məclis Azərbaycanın diplomatları və onların ailə üzvləri üçün güzəştlər edilməsi dəyişikliyini son oxunuşda qəbul edib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara təklif edilən dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

 

Təklif edilən dəyişikliklərə əsasən, diplomatik xidmətdə olan şəxsin həyat yoldaşının ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.

 

Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə görə, diplomatik xidmətdə olan şəxsin Azərbaycan Respublikasının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləmiş və bu Məcəllənin 69-cu maddəsinin 3-1-ci hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam verilmiş həyat yoldaşı diplomatik xidmət orqanı əməkdaşının iş müddətində və ya bu müddət başa çatdığı tarixdən 60 təqvim günü keçənədək əvvəlki vəzifəsini (peşəsini) tutmaq üçün müraciət etdikdə onun peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmaqla həmin vəzifəyə (peşəyə), bu mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə (peşəyə) təyin olunacaq.

 

“Əmək pensiyaları haqqında” qanuna təklif edilən yeni maddədə isə qulluq stajına görə diplomatik xidmət əməkdaşları və onların ailə üzvlərinin əmək pensiyasına əlavələrin təyin edilməsi nəzərdə tutulub.

 

Həmçinin, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, diplomatik xidmətdə olan şəxslərə ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə dövlət məvacibi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq ödənilən bütün növ ödənişlər, Azərbaycanın diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən və Azərbaycan vətəndaşı olmayan işçinin əməkhaqqı gəlir vergisindən azad olacaq.

 

Layihələr səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


OXŞAR XƏBƏRLƏR

İşlədiyi evdən oğurluq edən usta saxlanıldı

Mayın 1-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 1000 manat dəyərində naqil oğurlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-i...

Baş nazirdən ali məktəblərə qəbulla bağlı VACİB QƏRAR

Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib.   Sfera.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Azərbaycan Respu...

DSX əməliyyat keçirdi - Saxlanılanlar VAR

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrup...

"Bank kartlarından oğurluğun qarşısını almaq olar" - DİN rəsmisi

"Bank kartlarından vəsaitin oğurlanması kimi halların qarşısının alınması, birinci növbədə, şəxsin özündən asılıdır. Bunu dünya praktikası da təsdiq edir&q...

Məşhur müğənni faciəli şəkildə həyatını itirdi - FOTO

ABŞ-li tanınmış müğənni və mahnı müəllifi Jill Sobule Minnesota ştatının Vudburi şəhərində yaşadığı evdə baş verən yanğında həyatını itirib. 66 yaşlı sənətkarın...

I ixtisas qrupundan bu fənn çıxarıldı

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib.     Sfera.az Nazirlər Kabineti bununla bağlı “Azərba...