Gələn ilin büdcəsi rekord səviyyəyə çatacaq - Müqayisə

Gələn ilin büdcəsi rekord səviyyəyə çatacaq - Müqayisə

2025-ci ildə Azərbaycanın müstəqillik tarixinin ən böyük ikinci dövlət büdcəsi icra ediləcək. Gələn ilin büdcənin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq. ABŞ dolları ilə ifadə etdikdə, gələn ilin büdcə xərcləri 24,357 milyard dollar təşkil edəcək.

 

Sfera.az xatırladır ki, ABŞ dolları ilə ifadədə indiyə qədər ən böyük büdcə xərci 2013-cü ildə icra edilib. Həmin ildə dövlət büdcəsinin xərcləri 24 milyard 405 milyon dollar olub. On iki ildən sonra büdcənin xərcləri yenidən həmin səviyyəyə çatdırılacaq.

 

2014-cü ildən başlayaraq Azərbaycanın dövlət büdcəsinin xərclər hissəsində azalma baş verib. Büdcənin xərcləri 2014-cü ildə 23,851 milyard dollara, 2015-ci ildə 18,248 milyard dollara enmişdi. 2015-ci ildəki 2 böyük devalvasiyadan və ardınca 2016-cı ildə üzən məzənnə rejimində manatın bir qədər də ucuzlaşmasından sonra dövlət büdcəsinin xərcləri ABŞ dolları ilə ifadədə bir qədər də kiçilib.

 

Dövlət büdcəsinin xərclər hissəsi 2016-cı ildə 11,123 milyard dollara, 2017-ci ildə 10,22 milyard dollara düşdü.

 

Xərclərdə artım 2018-ci ildən yenidən yüksəliş mərhələsinə keçib. Həmin ildə xərclər 13,37 milyard dollara, 2022-ci ildə 18,05 milyard dollara, 2023-cü ildə 20,73 milyard dollara yüksəlib. 2024-cü ildə xərclərin 23,35 milyard dollar olacağı proqnozlaşdırılıb.

 

Müqayisədən görünür ki, 2025-ci ilin büdcə xərclərinin məbləği 2013-cü ildəki həddə çatacaq. Lakin nəzərə alsaq ki, gələn il büdcədə dəyişiklik edilərək xərclərin artırılması ehtimalı da var, bu halda gələn il dövlət büdcəsinin xərclərində Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsi icra edilə bilər.

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Çiyələklər necə təmizlənməlidir: 3 asan ÜSUL

Çiyələkləri düzgün təmizləmək onların həm sağlam, həm də uzun müddət təzə qalması üçün əsas şərtdir.   Sfera.az xəbər verir ki, meyvə istehlakın...

İşlədiyi evdən oğurluq edən usta saxlanıldı

Mayın 1-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 1000 manat dəyərində naqil oğurlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-i...

Baş nazirdən ali məktəblərə qəbulla bağlı VACİB QƏRAR

Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib.   Sfera.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Azərbaycan Respu...

DSX əməliyyat keçirdi - Saxlanılanlar VAR

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrup...

"Bank kartlarından oğurluğun qarşısını almaq olar" - DİN rəsmisi

"Bank kartlarından vəsaitin oğurlanması kimi halların qarşısının alınması, birinci növbədə, şəxsin özündən asılıdır. Bunu dünya praktikası da təsdiq edir&q...

Məşhur müğənni faciəli şəkildə həyatını itirdi - FOTO

ABŞ-li tanınmış müğənni və mahnı müəllifi Jill Sobule Minnesota ştatının Vudburi şəhərində yaşadığı evdə baş verən yanğında həyatını itirib. 66 yaşlı sənətkarın...