Yardımlı sakinindən külli miqdarda narkotik aşkarlandı

Yardımlı sakinindən külli miqdarda narkotik aşkarlandı

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş 33 yaşlı İsgəndər Ağayev saxlanılıb. Ondan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi 6 kiloqram heroin aşkarlanıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırmalar aparılır.

 

Qeyd edək ki, cari il ərzində Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 220 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.


OXŞAR XƏBƏRLƏR

Baş nazirdən ali məktəblərə qəbulla bağlı VACİB QƏRAR

Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib.   Sfera.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Azərbaycan Respu...

DSX əməliyyat keçirdi - Saxlanılanlar VAR

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrup...

"Bank kartlarından oğurluğun qarşısını almaq olar" - DİN rəsmisi

"Bank kartlarından vəsaitin oğurlanması kimi halların qarşısının alınması, birinci növbədə, şəxsin özündən asılıdır. Bunu dünya praktikası da təsdiq edir&q...

Məşhur müğənni faciəli şəkildə həyatını itirdi - FOTO

ABŞ-li tanınmış müğənni və mahnı müəllifi Jill Sobule Minnesota ştatının Vudburi şəhərində yaşadığı evdə baş verən yanğında həyatını itirib. 66 yaşlı sənətkarın...

I ixtisas qrupundan bu fənn çıxarıldı

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib.     Sfera.az Nazirlər Kabineti bununla bağlı “Azərba...

"Birbank" “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü

Fərdi yanaşması, yüksək xidmət standartları və müştəri məmnuniyyətinə verdiyi dəyərlə seçilən "Birbank" Private beynəlxalq maliyyə nəşri olan “I...