Prezident 2025-ci ilin dövlət büdcəsini TƏSDİQLƏDİ

Prezident 2025-ci ilin dövlət büdcəsini TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "2025-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.

 

Son nəticədə büdcədə ÜDM-in 2,4 %-i qədər - 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

 

Bundan başqa, dövlət başçısı sözügedən qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə fərman imzalayıb. Fərmana əsasən, funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə təsdiqlənib.


OXŞAR XƏBƏRLƏR

"Unibank" dayanıqlı maliyyə seminarları təşkil edib

"Unibank" tərəfindən universitet tələbələri üçün “Bankçılıqda Dayanıqlılıq: Risklər, Gəlirlilik və Sosial məsuliyyət” mövzusunda maariflən...

Çiyələklər necə təmizlənməlidir: 3 asan ÜSUL

Çiyələkləri düzgün təmizləmək onların həm sağlam, həm də uzun müddət təzə qalması üçün əsas şərtdir.   Sfera.az xəbər verir ki, meyvə istehlakın...

İşlədiyi evdən oğurluq edən usta saxlanıldı

Mayın 1-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 1000 manat dəyərində naqil oğurlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-i...

Baş nazirdən ali məktəblərə qəbulla bağlı VACİB QƏRAR

Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib.   Sfera.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Azərbaycan Respu...

DSX əməliyyat keçirdi - Saxlanılanlar VAR

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrup...

"Bank kartlarından oğurluğun qarşısını almaq olar" - DİN rəsmisi

"Bank kartlarından vəsaitin oğurlanması kimi halların qarşısının alınması, birinci növbədə, şəxsin özündən asılıdır. Bunu dünya praktikası da təsdiq edir&q...