Dekabr ayının bütün sosial ödənişləri yekunlaşdı

Dekabr ayının bütün sosial ödənişləri yekunlaşdı

Dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

 

Dövlət Sosial Müdafiə Fondundan Sfera.az-a verilən məlumata görə, dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, dekabrın 24-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin dekabr ayının pensiya ödənişləri həyata keçirilib.

 

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımların ödənişi yekunlaşıb.


OXŞAR XƏBƏRLƏR