Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib


Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.

 

Sfera.az xəbər verir ki, bunu Yeni Klinikanın direktor müavini Eldar Əhmədov bildirib.

 

Məlumata görə, 14 nəfərdən 13-ü palataya, biri isə reanimasiya şöbəsinə yerləşdirilib.

 

“Təqribən 3-4 nəfərin vəziyyəti orta ağırdır. Hal-hazırda dəyərləndirmə aparılır. Digərləri isə kafi vəziyyətdədir. Xəstələrin əksəriyyəti 24-48 saatlıq müşahidədən sonra evə buraxıla bilərlər”, – direktor müavini vurğulayıb.

 

Xatırladaq ki, daha əvvəl “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən Azərbaycan vətəndaşı Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəyə yola salınmışdı.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlandı - RƏSMİ

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb. ...

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat...

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.   Sfera.az xəbər ver...

“Kuruluş Osman”dan ayrılır

Türkiyənin məşhur serialı “Kuruluş Osman”dan daha bir aktyor ayrılır.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, “...

Metroda səs-küy salan şəxs həbs edildi

Bakı metrosunda ictimai asayişi pozan daha bir şəxs həbs edilib.   Sfera.az xəbər verir ki, Metropolitenin “İnşaatçılar” stansiyasında va...

Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi vəzifəlilərlə keçirilən təlim...

Ötən gün ölkədə 41 kiloqramdan artıq narkotik aşkarlandı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 17-də ümumi çəkisi 41 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.   ...