Qəzada həlak olan 4 nəfərin nəşi Azərbaycana gətirildi- YENİLƏNDİ


Qəzada həlak olan 4 nəfərin nəşi Azərbaycana gətirildi- YENİLƏNDİ

19:51

 

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşlarından 4 nəfərin nəşi bu gün AZAL təyyarəsi ilə Bakıya gətiriləcək.

 

Sfera.az xəbər verir ki, bunu bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında Fövqalədə Hallar Nazirinin müavini general-mayor Adil Abdullayev bildirib.

 

"Digər şəxslərin nəşinin gətirilməsi üçün dövlətin aidiyyəti strukturları tərəfindən işlər aparılır", - o əlavə edib.

 

Qeyd edək ki, daha öncə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

 

Yaralıları gətirən FHN-nin xüsusi təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

 

Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.

 

***

 

AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 4 sərnişinin nəşi Bakıya çatdırılıb.

 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


OXŞAR XƏBƏRLƏR