Həlak olan 38 nəfərdən 10-nun şəxsiyyəti müəyyənləşdi


Həlak olan 38 nəfərdən 10-nun şəxsiyyəti müəyyənləşdi

Azərbaycana məxsus təyyarənin qəzaya uğradığı ərazidə meyitləri aşkarlanan 38 nəfərdən 10 nəfərin şəxsiyyəti müəyyənləşib.

 

Sfera.az xəbər verir ki, bu barədə APA-ya Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən məlumat verillib.

 

Qeyd olunub ki, şəxsiyyəti müəyyən edilənlərin 4 nəfəri Azərbaycan, 3 nəfəri Qazaxıstan, 3 nəfəri isə Rusiya vətəndaşlarıdır.

 

Qazaxıstan FHN-dən həmçinin hazırda xəstəxanalarda 20 nəfərin müalicəsinin davam etdirildiyi, o cümlədən yaralanan 29 nəfərdən hər birinin şəxsiyyətinin müəyyən olunduğu açıqlanıb.


OXŞAR XƏBƏRLƏR