"Trampın Panama kanalına iddiası Çini də narahat edir, çünki..." - ŞƏRH

"Trampın Panama kanalına iddiası Çini də narahat edir, çünki..." - ŞƏRH

Ərazi iddiaları yenə gündəmdədir. Bu dəfə müxtəlif dövlətlərə qarşı ərazi iddiasında rolunda çıxış edən Amerika Birləşmiş Ştatlarıdır. Belə ki, Donald Tramp foto paylaşımında Panama kanalına ərazi iddiası irəli sürüb. O, paylaşımında “ABŞ-yə xoş gəldin, kanal” sözlərini qeyd edib. Daha öncə Kanadanı ABŞ-nin 51-ci ştatına çevirəcəyini deyən Tramp Danimarkaya məxsus Qrenlandiyanı da ələ keçirəcəyini vurğulayıb.

 

Maraqlıdır, ABŞ-nin ərazi iddiaları əsasını tapacaqmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Donald Trampın iş başına keçmədən müxtəlif dövlətlərə qarşı ərazi iddiaları böyük narahatlıq yaradıb:

 

“Tramp ötən prezidentliyi dövründə Qrenlandiyanı tələb etmişdi. Bu səbəbdən Danimarka-ABŞ münasibətləri gərginləşmişdi. Kanada və Danimarka rəsmiləri Trampın iddialarını rədd ediblər. Heç bir ölkə Amerikanın istəyi ilə ərazisindən imtina etməz. Trampın növbəti hədəfi Panama olub. Tramp bu sürətlə getsə, cənub qonşusu Meksikaya da ərazi iddiası irəli sürəcək. Onsuz da Amerika formalaşdığı illərdə Meksikadan xeyli ərazi qoparıb. Amerikanın ən böyük ştatı Texas vaxtilə Meksikaya məxsus olub”.

 

Politoloq qeyd edib ki, 1920-ci ildə açılan Panama kanalını ABŞ inşa edib:

 

“Tikinti 10 il uzanıb və ağır şəraitdə aparılıb.Tikinti zamanı minlərlə insan həlak olub, bunların içərəsində ABŞ vətəndaşları da olub. Kanal uzun illər ABŞ mülkiyyətində olub, yalnız 1977-ci ildə imzalanan müqaviləyə görə, kanal 1999-cu ildə Panamaya təhvil verilib. Panama dövləti kanalının istifadəsinə görə, hər il milyardlarla dollar qazanır. Bu Panamanın dövlət büdcəsinin əsasını təşkil edir. Bu səbəbdən Trampın “kanal Amerikaya məxsus olacaq” iddiası Panamada narahatlıq doğurmaya bilməz. ABŞ-nin yeni prezidenti kanalın Panamaya təhvil verilməsini Vaşinqtonun səhv qərarı adlandırıb. Ağ Evin gələcək sahibi Panama dövlətinin kanalının istifadəsinə görə ABŞ şirkətlərindən yüksək tariflər aldığını bildirib”. 

 

E.Şahinoğlunun sözlərinə görə, Trampın iddiası Panama kanalından istifadə edən ölkələrin də narahatlığına səbəb olub:

 

“Misal üçün hazırda ABŞ ilə Çin arasında ticarət müharibələri genişlənib. Pekin narahatdır ki, Panama kanalı ABŞ-nin nəzarətinə keçsə, kanaldan istifadə edən Çin ticarət gəmilərinə yüksək tariflər tətbiq olunacaq və ya ümumiyyətlə keçidə məhdudiyyətlər qoyulacaq. Panama dövlətinin Çinlə sıx əlaqələri var. Bu amil Vaşinqtonu narahat edir. Panama dövləti Pekinin xahişi ilə Tayvanla bütün diplomatik əlaqələri kəsib. Buna cavab olaraq Çin Panama dövlətinə yatırımlar həyata keçirib. Çin Panama limanlarından birinin idarə edilməsinə 900 milyon dollar yatırım qoyub. Bundan başqa, Çin kanal üzərindən körpü tikintisinə 1.5 milyard dollar xərcləyib. Çin ayrıca, Panama dövlətinə 2 milyard dollar həcmində humanitar yardım edib. Pekin bütün bu xərcləri ona görə həyata keçirib ki, Panama kanalından rahat istifadə edə bilsin, ticarət gəmiləri Çin məhsullarını zamanında son ünvana çatdırsın. Kanal ABŞ-nin nəzarətinə keçəcəyi halda bu Çin iqtisadiyyatına da mənfi təsir edəcək. Bu səbəbdən Pekin Panama dövləti ilə birgə Trampın kanalı sahiblənməsi səylərinə qarşı mübarizə aparacaq”.

 

Firuzə Əliyeva 


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...

Bakıda ermənilərin növbəti məhkəməsi - FOTOLAR

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

75 yaşlı sürücü avtomobili izdihamın üzərinə sürdü: Ağır yaralılar var - FOTOLAR

Aprelin 30-da Danimarkanın paytaxtı Kopenhagenin mərkəzi küçəsində avtomobil yerli çörək zavodunun yaxınlığında izdihamın üzərinə sürüb. Toqquşma nəticəsində az...